Əlaqə Arxiv
news Image
2012.06.26
14:53
| A A A
Əkizlərin bədənləri əməliyyat nəticəsində bir-birindən ayrılıb-FOTO
Movqe.Az xəbər verir ki, sinələri bir-birinə yapışıq doğulmuş iki qız əkizlərinin əməliyyat nəticəsində bədənlərini bir-birindən ayırıblar. Hindistanda doğulan bu körpələrin əməliyyat nəticəsində bədənləri bir-birindən ayrılıb və onların vəziyyəti hal-hazırda normaldır. 12 saat davam edən əməliyyat zamanı Avstraliya və Hindistandan 23 həkim və 11 tibb bacısı körpələrin həyatda qalması üçün əllərindən gələni əsirgəmədilər. Həkim heyəti ilk öncə 13 aylıq əkizlərin ürəklərini ayırıb. Xatırladaq ki, əməliyyat Hindistanda baş tutmuşdu. Hindistanda kasıb bir ailədə doğulan bu əkizlərin əməliyyatına valideynlərin imkanı yox idi.Lakin indi onlar çox xoşbəxtdi. Həkim Raciv əməliyyatın uğurlu keçdiyini bildirib və qızların vəziyyətinin yaxşı olduğunu bildirib.









Sizin Reklam Yeriniz