Əlaqə Arxiv
news Image
2014.05.10
11:00
| A A A
Yumurta üzərindəki yazı təəccübə səbəb oldu (VİDEO)
Bu gün Əliyevlər ailəsi yumurta əldə edərək qeyri-adi hadisə ilə üzləşiblər. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Əliyevlər ailəsi bü gün möcüzə ilə qarşılaşıb. 

Biləcəri qəsəbəsində yaşayan ailə bu gün səhər mağazadan yumurta alIb. Günorta nahar vaxtı aldıqları 6 yumurtanı bişiriblər. Yumurtaları sındıran zaman isə gözlərinə inanmayıblar. Onun üst qabığının içərisində "Allah" sözü yazıldığının şahidi olublar. Bundan sonra ailə yumurtanı yeməkdən imtina edib. 

Ev sahibi Azər Əliyevin sözlərinə görə, o, bu yumurtanı saxlayacaq.

"Biz də yazının yumurtanın ağının üzərində olub-olmamasına baxmaq üçün bıçaqla qabığı soymağa başladıq. Amma gördük ki, yazı yalnız yumurtanın üz qabığındadır". 

Qeyd edək ki, bu cür hadisələr birinci dəfə deyil ki, qeydə alınır. Son vaxtlar şahidi olduğumuz bu hadisələri isə hər kəs müxtəlif cür izah etməyə çalışır. Kimi bunu möcüzə kimi, kimi də bunu adi hal kimi qəbul edir. 


Sizin Reklam Yeriniz