Əlaqə Arxiv
news Image
2012.07.04
15:57
| A A A
Arılar zamanı geri gətirə bilir
Movqe.Az bildirir ki, Amerikalı və Norveçli elm adamlarının apardığı araşdırma yaşlı arıların yuvada ictimai işləri öz öhdələrinə götürməsi nəticəsində beyinlərindəki molekulyar quruluşun dəyişməsini təmin etdiyini məlum edib. Araşdırmaya imza atanlardan Qro Amdam, daha əvvəl aparılan araşdırmalardan arıların yuvada qaldıqlarında və sürfələrlə maraqlandıqlarında beyinlərinin aktiv olduğunu, yuvadan ayrıldıqdan yalnız iki həftə sonra isə bu heyvanların qanadlarının zəiflədiyi, tüklərinin töküldüyü və beyin fəaliyyətlərinin dayandığının bilindiyini söyləyib.

Amdam, bu tapıntılardan yola çıxaraq yaşlı arıların yenidən sürfələrlə maraqlandıqları zaman beyinlərinin necə təsirlənəcəyini araşdırdıqlarını bildirib.

Tədqiqatçılar, yuvadan sürfələrlə maraqlanan gənc arıları çıxardıb və yalnız yaşlı arı və sürfələri yuvada saxlayıblar. Bəzi yaşlı arılar qida axtarışa gedib, bəzi yaşlı arılar isə yuva və sürfələrlə maraqlanıb. 10 gün sonra yuvada sürfələrlə maraqlanan yaşlı arıların təxminən yarısının yeni şeylər öyrənmə qabiliyyətinin böyük nisbətdə artdığı məlum olub.

Bu arıların beynində insanlarda da müvcud olan və unutqanlığa qarşı qoruyan "Prx6" ilə digər zülalları qoruyan "şaperon" zülalına da rast gəlinib.

Qro Amdam və qrupu, bu nəticələrin insanların da inkişafında unutqanlığın azaldılmasına ya da qarşısı alınmasına yol aça biləcəyini vurğulayıb. Araşdırma, "Experimental Gerontology" jurnalında nəşr olunub.

Sizin Reklam Yeriniz