Əlaqə Arxiv
news Image
2012.07.04
16:40
| A A A
Nyu-Yorkun ən bahalı dairəsi alındı
Movqe.Az bildirir ki, ABŞ-da Nyu York şəhərinin ən bahalı dairəsi may ayında satılıb, ancaq 1.015  kvadrat metrlik ikili dairəni kimin aldığı və nə qədər pul ödədiyi sirr kimi saxlanılmışdı. Nyu Yorkun mərkəzi olan "Central Park"a baxan və möhtəşəm bir şəhər mənzərəsinə sahib olan "The one57" adlı göydələnin 89 və 90-cı mərtəbələrindəki dairəni, Qatarın Baş naziri Şeyx Hamad Min Casim Əl Danının 100 milyon dollara satın aldığı ortaya çıxdı. Qatar şeyxi eyni binadan 4 dairə daha almaq istəyir.

İki həyat yoldaşı olan və 15 uşaqlı Baş nazir Əl Danının aldığı dairədə hər cür lüks şərait var. 14 yataq otaqlı super lüks dairə, nəhəng bir salon, böyük bir mətbəx, 4 buxarı və 132 şərablıq bir zirzəmiyə sahibdir. 2013-cü ildə tamamlanacaq göydələndə Qatarın Baş naziri Əl Danının 250 milyon dollar ödəyərək 4 dairə daha satın almağı planladığı söylənilir. Qatar baş naziri iki ay əvvəl "Fifth Avenue" və 72-ci küçənin birləşdiyi ərazidə iki dairəni 31.5 milyon dollara almaq istəyib, ancaq bina rəhbərliyi təşkilatı satışı təsdiqləmədiyindən bu mümükün olmayıb.



Sizin Reklam Yeriniz