Hörümçək toru poladdan da möhkəmdir
ABŞ-da Miçiqan mərkəzli Kraig Biocraft Laboratoriyası, genetik
tədqiqatlar edərək hörümçək toru hazırlamaq üçün ipək böcəkləri
üzərində işlər icra edir. Movqe.Az xəbər verir ki, hərbi zireh
olaraq istifadə edilməsi düşünülən hörümçək torunun ağırlığına görə
yüksək keyfiyyətli poladdan daha möhkəm olduğu deyilir. Çox möhkəm
quruluşa və möhkəm təbii liflərə sahib olan hörümçək torunun,
əsgərləri döyüş mühitindəki təhlükələrə qarşı qoruya biləcəyi
düşünülür. Cərrahi sütur (toxumaların bütövlüyünün təmin edilməsi
və yaxşılaşmanın sürətlənməsi üçün istifadə edilən maddə) olaraq
qiymətləndirilən hörümçək torunun sənayedə istifadə edilməsi
planlanlaşdırılır.