Əlaqə Arxiv
news Image
2014.10.26
14:03
| A A A
Bal verən bitki haqqında bilmədikləriniz
Movqe.az xəbər verir ki , şabalıd zahirən gözəl dekorativ bitki olması ilə yanaşı, həm də çox faydalıdır. Bu bitkinin iki tanınmış növü var: 1) Adətən küçələrdə, parklarda rastlaşdığımız yabanı at şabalıdı; 2)Vətəni əsasən Avropa, Asiya və Şimali Amerika sayılan həqiqi şirin şabalıd. Rusiyada şabalıd əsasən dekorativ məqsədlə əkilirdi. Hal-hazırda isə tərkibinin faydalılığına və kaloriliyinə görə qoz, fındıq və s. kimi bitkilərdən daha çox bu bitkiyə üstünlük verilir. Şabalıd vegetarian pəhriz üçün əla komponentdir. Şabalıdın tərkibindəki yağın miqdarı qoz, fındıq, fıstıq və badama nəzərən daha aşağıdır. Onun tərkibində çoxlu nişasta (62%), şəkər (17%), zülal (6%) vardır. Bundan əlavə, onun tərkibində 2,5%-dən 3,5%-ə qədər A, b və C qrup vitaminlər, 3%-ə qədər minerallar vardır. Şabalıdın yetişmiş meyvələrində yağlar və vitaminlər çox olmasa da, yetişməmiş meyvələrində əksinə C vitamininin miqdarı1500mg%, C vitamini isə 0,18mg%-ə qədər olur. Şabalıd ağacının yarpaqları qlükozidlər, pektin və K vitamini ilə zəngindir.

Müalicəvi xüsusiyyətləri:

Şirin şabalıdın qurudulmuş meyvələrinin həlimindən və quru yarpaqlarının dəmlənməsindən isə yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə edilir. Təzə yarpaqların dəmlənməsi göy öskürək üçün yaxşı vasitədir.

Şabalıdın meyvə və qabığını mədə-bağırsaq xəstəliklərində, böyrək mənşəli ödemlərdə, burun qanaxmalarında istifadə etmək olar. Meyvələrin həlimi həmçinin yaralarda, furnikullarda xarici vasitə kimi tətbiq edilə bilər. Ümumiyyətlə, xalq təbabətində adi şabalıdın müxtəlif hissələrindən büzücü, bərpaedici, yanıq əleyhinə, yarasağaldıcı kimi istifadə edilir.

Xalq təbabətində həmçinin at şabalıdı da geniş yer tutur. Onun çiçəklərindən, toxumundan və qabıqlarından olan dəmləmələr qızdırmasalıcı vasitə kimi, həmçinin müxtəlif revmatik xəstəliklərin müalicəsində, bronxitlərdə, venaların varikoz genişlənmələrində, öd kisəsi xəstəliklərində, həzm prosesinin pozulmalarında, gec sağalan yaralarda istifadə edilir.

Əczaçılıq məqsədi ilə bitkinin müxtəlif hissələri müvafiq zamanlarda tədarük edilməlidir. Çiçəklər təbii ki, çiçəklənmə zamanında, yarpaqlar iyun ayının axırı-iyul ayının əvvələrində, meyvələr isə ayrı-ayrı müvafiq məqsədlər üçün kal və yetişmiş şəkildə yığılmalıdır. Qabıq, yarpaq və çiçəklər kölgədə, meyvələr isə gün altında qurudulmalıdır.
Sizin Reklam Yeriniz