Evini aslanlarla paylaşdı
ABŞ-ın Florida əyalətində yaşayan bir şəxs, evində 14 vəhşi
heyvanla birlikdə yaşayır. Movqe.az xəbər verir ki, bir gözü
görməyən Karl Bovard, sığınacağa çevirdiyi evində, nəsli təhlükədə
olan bəzi heyvanlar üçün fərqindəlik yaratmaq istədiyini söyləyir.
Aralarında aslanlar və pələnglərin də olduğu yırtıcılarla yoldaş
olan Bovard, heyvanları əlləriylə bəsləyir. Bovard, heç
qorxmadığını da deyərək: "Bu zövq üçün risk almağa dəyər" deyib.