Hinduşqanı 10 dəqiqədə yedi
ABŞ-da təşkil edilən hinduşqa yemək müsabiqəsində Coey Çesnat 10
dəqiqədə 4 kilo 250 qramlıq hinduşqanı yeyərək birinci olub. Hər
bir iştirakçıya sümükləri ilə birlikdə 9 kilo ağırlığında olan hind
quşu verilib. Movqe.az xəbər verir ki, Çesnata isə birincilik
mükafatı olaraq 5 min dollar verilib. Çesnat 2011-ci ildə 2.38 kq
hindi yeyərək birinci olan Sonya Tomasın rekordunu da qırmış olub.
31 yaşındakı Çestnat hindi yeyərkən bol miqdarda su içməsini və
hinduşqanı yeməyə bud hissəsindən başlamasını müvəffəqiyyətinin
sirri olaraq açıqlayıb.