Öz paltarlarını özü hazırlayan 5 yaşındakı stilist Mayhem ilə tanışın olun-FOTO-VİDEO
Mayhem, hələ 5 yaşındadır. Qaçmağı, yüksək səslə mahnı oxumağı, bütün disney xarakterlərini və qara zeytinli pizzanı çox sevir. Amma ən çox paltar dizayn etməyi və onları tikməyi sevir :)
Movqe.az xəbər verir ki, bütün uşaqların barbi oyuncaqları ilə
oynadığı yaşda, Mayhem anasının da köməyi ilə öz pəri nağılını
meydana gətirməyi bacarıb. Mayhemin instagram hesabı isə indidən
çox populyardır. Sevdiyi disney xarakterlərindən, qırmızı xalça
məşhurlarının paltarlarına qədər istədiyi bütün stilləri üzərinə
görə hazırlaya bilən Mayhemin böyüdüyündə təyyarə mühəndisliyi kimi
bir peşə seçməyəcəyi indidən bəllidir.