Əlaqə Arxiv
news Image
2012.04.12
14:30
| A A A
Ən “kobud” ölkələr siyahısı açıqlanıb
Bir internet səhifəsinin 1200 üzvü arasında keçirfiyi sorğu nəticəsində Fransa turistlərə ən kobud davranan ölkə seçillib. İstifadəçilərinə münasib qiymətə təyyarə bileti tapma imkanı təmin edən bir internet səhifəsi, üzvlərinə "Getdiyiniz ölkələrdən ən çox hansında yerli xalqın kobud rəftarlarına məruz qaldınız?" deyə soruşulub.
ABŞ mətbuatında da geniş yer tapan və 1200 adamın iştirakı ilə reallaşan bu sorğu nəticəsində Fransa 34 ölkə arasından turistlərə ən kobud davranan ölkə seçilib.
Fransadan sonra siyahıda Rusiya, İngiltərə və Almaniya yer alıb. Rusiyanın ikinci olmasına təəccüblənən "Skyscanner"in rus satış müdiri Tatyana Danilova, "Rus dili ingilis dili qədər nəzakətli bir dil deyil, buna görə də, Ruslar söyləmək istədiklərini ingiliscə ifadə edən zaman deyilənlər qarşı tərəfdən kobud qəbul edilə bilir" deyə fikrini bildirib.
1200 adamın iştirakı ilə reallaşan sorğuda 34 ölkə arasında ABŞ 7-ci sırada, Türkiyə isə 11-ci sırada yer alıb.
Səs azlığı ilə Filippin, Karib Adaları və Braziliya turistlərə ən kobud davranan ölkələr sıralamasında son sırada iştirak edərək ən qonaqpərvər ölkələr seçilib.

Ziba Yusifova

Sizin Reklam Yeriniz