Əlaqə Arxiv
news Image
2015.08.13
13:20
| A A A
Xərçəng hüceyrələrini məhv edən 11 qida

Movqe.az xəbər verir ki, insanın immunitet sistemi zülal və fermentlərdən ibarət olduğu üçün xərçəng hüceyrələrini təbii yolla öldürəcək gücə malikdir.


Üzüm:  Üzüm antioksidant baxımından zəngindir. Xüsusilə, bağırsaq xərçəngi hüceyrələrinin böyüməsinə mane olmaq xüsusiyyətinə malikdir.

Spirulina yosunu:  Spirulina yosunu B, E, K vitaminləri və beta karotin baxımından zəngindir. Araşdırmalarda tərkibindəki dəmir və maqneziumla birlikdə xüsusilə döş xərçəngi hüceyrələrinin inkişafını əngəllədiyi sübut olunub.

Xaşxaş:  Xaşxaş yağı orqanizmdə xərçəng hüceyrələri ilə döyüşən melatoninin səviyyəsini yüksəldir.

Pomidor:  Daşıdığı lökopen sayəsində xərçənglə döyüşür.

Göbələk:  Anti-viral və anti-kanser təsirə malik 50-dən çox göbələk növü olduğu müəyyən edilib. Tibbdə 5000 ildən çoxdur ki, istifadə edilən göbələyin müxtəlif xərçəng növlərinə təsiri sübut olunub.

Klorella:  Klorella xərçəngin qarşısını alan kimyəvi maddələr ehtiva edən bitkidir. Eyni zamanda, toxumalarda oksigeni artırdığı üçün xərçəng hüceyrələrinin çoxalmasını əngəlləyir.

Sarımsaq:  Sarımsağa spesifik ətir və dad verən allisin maddəsi dünyanın ən güclü antoksidantıdır. Bununla yanaşı, xərçəng hüceyrələrini 24 saatda öldürdüyü göstərilib

Turp:  Roka, brokkoli, kələm, turp, kahı kimi tərəvəzlər xərçəng hüceyrələrini məhv edir. Eyni zamanda, vitamin və mineral baxımından da zəngindir.

Yaşıl çay:  "Katexin" deyilən bitki flavonoidlərini ehtiva edən yaşıl çay damar sistemi hüceyrələri üzərində təsirlidir. Xərçəng hüceyrələrinin çoxalmasını da əngəlləyir.

Zəncəfil:  Zəncəfilin iltihab əleyhinə xüsusiyyəti sayəsində şiş hüceyrələrinin 56 faiz azaldığı müşahidə olunub. Bu səbəbdən xüsusilə, kimyəvi terapiya kimi xərçəng müalicəsində də istifadə edilir.

Sarıkök:  Sarıkök də təbiətdə olan ən güclü antioksidanlardan biri sayılır. Belə ki, iltihabla mübarizə apararaq bu xüsusiyyəti sayəsində xərçəng hüceyrələrinin inkişafına mane olur.


Sizin Reklam Yeriniz