Əlaqə Arxiv
news Image
2012.10.03
16:06
| A A A
İtlərin uğurlu günü
Movqe.Az bildirir ki, ABŞ-ın Massaçusets əyalətində 80 kilometr sürətlə gedən avtomobilin vurduğuı it sağ qalarkən, Kaliforniya əyalətində də bir yük maşınının mühərrikinə sıxışan və isti havada 177 kilometr yolu getmək məcburiyyətində qalan bir başqa it də xilas edilib. Rəsmilər, Massaçusets əyalətində baş verən hadisədə sürücünün yoldakı  iti vurmamaq üçün sürətini azaltdığını, sonra iti görə bilmədiyi üçün yoldan uzaqlaşdığını düşünürlər.  İtin beynindən zədə aldığı və müalicə edildiyi bildirilib. Rəsmilər, sağlamlıq vəziyyəti çox yaxşı olan iti sahibinə çatdırmağa çalışdıqlarını açıqlayıblar. Kaliforniyada baş verən hadisədə isə, 52 yaşlı sürücü Cemi Maqana avtomobilində bir qəribəlik olduğunu hiss edib. Avtomobilinin yoxlayan sürücü mühərrikin üzərində yatan 11 kiloqramlıq iti gördüyünü söyləyib. Maqana, kondisioneri işə salandan sonra itin özünə gəldiyini bildirib. Hələlik Çevi adı verilən itin sahibinin olması üçün işlər davam etdirilir.
Sizin Reklam Yeriniz