Əlaqə Arxiv
news Image
2015.09.08
12:35
| A A A
Beyin haqqında az bilinən 10 fakt

Mərkəzi sinir sitemimizin əsas hissəsi olan beynimiz haqqında bəlkə də çox az şey bilirik. 

Movqe.az sizin üçün beyin haqqında maraqlı məlumatlar təqdim edir.

 Bu məlumatları oxuduqdan sonra özünü elm xadimi kimi hiss edə bilərsiniz.



Alimlərə görə, insan beyni 25 yaşında yetkinlik qazanır. Ancaq qanunlar bunu əsasən 18 olaraq müəyyən edib.

Beynimizi tam işlədə bilməməyimiz tamamilə uydurma bir fikirdir. İnsan beynini 100% istifadə edir.

Beynimizdə "gyri" adı verilən beyin qırışıqları var. Meditasiya ilə artırıla bilən bu qırışlar, düşüncə yaradan neyronların hərəkət etməsinə kömək edir.

Artıq sübut olunub ki, əslində insan beyninin yarısı ilə yaşaya bilər.

Beyin əməliyyatları əsasən xəstə yatırılmadan həyata keçirilir. Çünki beyində ağrı alıcıları yoxdur.

Beynimizdə dünyanın ətrafını 4 dəfə dolanacaq qədər, 160 000 km uzunluğunda sinir reaksiyalarını çatdıran aksonlar mövcuddur.

İlk insandan bu günə qədər insan beyni dayanmadan balacalaşsa da məhsuldarlığı artmaqdadır.

Beynimiz 3 milyondan artıq filmi yaddaşında tuta bilər.

Beynin istehsal etdiyi enerji ilə 25 voltluq lampanı rahatlıqla işlətmək mümkündür.

Beyində boz maddələr var və bu maddə bəzi insanlarda daha çoxdur. Bu maddənin çox olduğu insanların dil götürmə qabiliyyəti daha yaxşıdır.


Sizin Reklam Yeriniz