Tomas Edison
Tomas Edisonu təhsil almağa başladığı dördüncü ayda artıq
məktəbdən qovdular. Müəllimi onun əqli cəhətdən zəif olduğunu hesab
edirdi.
Çarlz Darvin
Tibbi tərk edən Darvinə atası kinayə ilə bildirirdi ki, səni
itləri və siçanları tutmaqdan başqa heç nə maraqlandırmır.
Albert Eynşteyn
Eynşteyn 4 yaşına qədər danışa bilmirdi. Onun da müəllimi onu
əqli cəhətdən zəif biri kimi xarakterizə edirdi.
Ogyüst Roden
Dahi heykəltəraş Rodenin atası deyirdi: "Mənim oğlum tam bir
axmaqdır. O 3 dəfə cəhd etsə də incəsənət məktəbinə daxil olmağı
bacarmadı".
Volfqanq Amadey Motsart
Dahi bəstəkar Motsartın "Fiqaronun toyu" əsərinə İmperator
Ferdinand demişdi ki, bu əsərdə həddindən artıq çox not və az səs
var.
Dmitri Mendeleyev
Mendeleyev isə kimya dərslərindən həmişə 3 qiymət
alırdı.
Henri Ford
"Ford" avtomobillərinə baxanda biz onun yaradıcısı Henri Fordun
çox zəngin, uğurlu biznesmen olduğunu düşünürük. Lakin bizlərdən
çox az insan Fordun yazmağı və oxumağı bacarmadığını bilir.
Həmçinin Ford maliyyə uğurları əldə etməzdən əvvəl bir neçə dəfə
müflis olduğunu bəyan etmişdi.
Guqlielmo Markoni
Markoni radionu icad etdikdə dostlarına
bildirmişdi ki, məsafələr nə qədər uzaq olsa da hava vasitəsilə
məlumatları ötürəcək. Bunu eşidən dostları onu dəli hesab etmiş və
psixiatra aparmışdılar. Lakin bir neçə ay sonra onun radiosu bir
çox dənizçinin həyatını xilas etmişdi..