Saçları ilə qatarı dartıb
Movqe.Az
xəbər verir ki, Hindistanın
şərqindəki qərbi
Benqal ştatında yeni dünya rekorduna cəhd
edilib. Siliguri rayonunda
yaşayan Saylen Roy
adlı pəhləvan saçları ilə ümumi çəkisi 41
ton olan 1 lokomativi və 4 vaqonu yerindən
tərpədərək 2.5 metr dartıb. 45 yaşlı
pəhləvan bu qeyri-adi
bacarığını hinduların "Vişvakarma
pudja" adlı
bayramı münasibəti ilə
nümayiş etdirib. Yerli polis məntəqəsində sürücü işləyən
Saylen Roy boş vaxtlarında saçlarının qeyri-adi gücə malik olmasını
nümayiş etdirməyi sevir. Hazırda o öz
adının Qinnesin rekordlar kitabında geydə
alınmasına çalışır. Gələcəkdə isə Siliguri
sakini məktəb açaraq pəhləvanlığın bu üsulunu
gənclərə öyrətmək istədiyini deyir.
Pəhləvan bunun üçün Qərbi Benqal ştatının
rəsmilərinin dəstəyinə ehtiyacı olduğunu
bildirib.