"Gecən xeyrə öpüşü" artıq yoxdur
Movqe.Az bildirir ki, İngiltərədə aparılan
araşdırmaya görə, cütlüklər artıq bir-birinə "səni sevirəm" demədən
və "gecən xeyrə öpüşü" vermədən yatırlar. Ağır həyat şəraiti
romantikaya mənfi istiqamətdə təsir etməyə davam edir. İngiltərədə
aparılan araşdırmaya qatılan cütlüklərin 90 faizi "səni sevirəm"
deyib kürəklərini dönərək yatdıqlarını etiraf ediblər. 2000
cütlüyün qatıldığı araşdırmanın nəticələrini qiymətləndirən
ekspertlər yatan kəslərin bədən dillərindən nə hiss etdiklərinin
aydın olduğunu ifadə ediblər. İngilis "Daily Mail" qəzetinə danışan
psixoloq Korrin Svit bunları söyləyib: "Cütlüklər ilk günkü
ehtiraslarını zamanla itirə bilər. Bu vəziyyətdə şirin bir yuxuya
gedərək bir-birilərinə kürəklərini dönərlər. Bədən dilində bu
şəkildə yatmaq məsumluğu və etibarı təmsil edir." 2000 cütlükdən
təkcə 1 faizinin, qadının kişinin sinəsində yuxuya getdiyi
"romantik film səhnəsi mövqeyi" olduğu məlum olub.