Bağdadda kral ailəsinin əşyaları sərgiləndi
Movqe.Az bildirir ki, İraqın paytaxtı
Bağdadda "Kral Ailəsi" adı ilə təşkil edilən sərgidə, ilk
dəfə olaraq İraq dövlətini quran və bir dövr ölkəni idarə edən
kral ailəsinə aid əşyalar sərgilənib. Bağdad Mədəniyyət Mərkəzində
təşkil edilən sərgidə, İraq dövlətini quran və ölkəni 1921-1958
dövründə idarə edən kral ailəsinə aid şəxsi əşyalar və o dövrün
rəsmi yazışmaları,ədəbiyyat kitabları, qəzet və jurnallar nümayiş
etdirilib. "Kral ailəsi İraqı möhkəm təməllər üzərinə qurdu" deyən
Bağdad Mədəniyyət Mərkəzinin müdiri Mahmud Abdulcəbbar Aşura
verdiyi müsahibəsində, İraqın yaxın tarixini bilməyən yeni
nəsilləri məlumatlandırmağı hədəflədiklərini bildirib.
Sərgidə, I Kral Faysal, Kral Qazi və II Kral
Faysalın istifadə etdiyi fayton, velosiped, avtomobillər, nişanlar,
medallar, qılınclar, tapançalar, kralların rəsmi
yazışmaları, II Kral Faysalın ibtidai məktəbdə çəkdiyi
şəkillər, kralların gündəlik həyatını əks etdirən fotoşəkillər,
ölkənin o dövrdəki siyasi və ictimai həyatını əks etdirən qəzet,
jurnal və müxtəlif növlərdə kitablar ziyarətçilər tərəfindən böyük
maraqla qarşılanıb.