Mobil telefon istifadəçilərinə şad xəbər
Movqe.Az bildirir ki, Yaxın zamanlarda
başqa dil bilməsək də bir əcnəbi ilə mobil telefonda rahat danışmaq
mümkün olacaq. Yaponiyada ölkənin ən böyük cib telefonu şəbəkəsi,
abunəçilərinə yeni bir xidmət təqdim etməyə hazırlaşır. 1 noyabrdan
etibarən cib telefonu ilə aparılacaq görüşlərdə yapon danışıqlar
İngilis, Çin və Koreya dilinə çevriləcək. Telefonla danışan adam,
danışdığı əcnəbinin sözünü tamamladıqdan qısa müddət sonra
tərcüməsini eşidə biləcək. Noyabr ayının sonuna qədər tərcümə
ediləcək dillərin sayının 10-a çıxması gözlənilir. Bundan əlavə,
mətnləri cib telefonunun kameraları ilə yaddaşda saxlayıb
tərcümələrinə də baxmaq mümkün olacaq. "Cib telefonu ilə tərcümə"
sahəsində dünyanın öndə gələn şirkətlərinin iş gördüyü söylənilir.