Əlaqə Arxiv
news Image
2012.10.29
18:20
| A A A
QİÇS-i müəyyən edən ucuz test yaradılıb
Movqe.Az bildirir ki, Texnologiyanın inkişafıyla birlikdə xəstəliklər üzərində sürətli üsullarla işləyən mütəxəssislər yeni test yaradıblar. İngilis elm adamları tərəfindən yaradılan test, aralarında QİÇŞ-ə səbəb olan HIV-in də olduğu bəzi virusları çox aşağı səviyyədə olsalar da müəyyən edir. Testdə istifadə edilən maye, viruslardakı zülalla reaksiyaya girir, rəng dəyişdirərək mavi rəngə dönür. Laboratoriya sınaqlarında testin HIV-dən əlavə prostat xərçəngi kimi bəzi xərçəng xəstəliklərini də təyin etdiyi məlum olub.

Test hələ sınaq mərhələsindədir. Ancaq bazara çıxarılan zaman bir çox testlərdən ucuz olacağı söylənilir. Xüsusilə HIV virusu və səbəb olduğu xəstəliyin yayıldığı ölkələrin böyük hissəsinin iqtisadi çətinlikləri olduğu nəzərə alınsa, ucuz testlər həm QİÇS, həm də xərçənglə mübarizədə əhəmiyyətli bir addımdır.

Sizin Reklam Yeriniz