Əlaqə Arxiv
news Image
2012.10.29
16:51
| A A A
Gizli varlıların adları açıqlanıb
Movqe.Az bildirir ki, İqtisadi böhran yaşayan Yunanıstan, İsveçrə banklarında gizli hesabı olduğu iddia edilən 2 mindən çox adamın yer aldığı "Lagarde" siyahısından danışır. Siyahını açıqladığı üçün həbs edilən jurnalist, hakim qarşısına çıxacaq. Jurnalist Kostas Vaxevanis, şəxsi məlumatların gizliliyini pozduğu səbəbiylə nəzarətə alınıb​​.Hakim qarşısına çıxmağa hazırlaşan Vaxevanis, peşman deyil. "Hod Doc" adlı yunan jurnalının sahibi olan Vaxevanis, "Mən jurnalistlik vəzifəmi yerinə yetirdim. Saxladıqları həqiqəti ortaya çıxartdım. Əgər ədalət qarşısına çıxmılması lazım olan varsa, o da bu siyahını saxlayan nazirlərdir. Mən jurnalistəm və mənim işim budur." sözlərini deyib. Siyahıda gəmi sahibi, siyasətçi və jurnalistlərin də olduğu 2 min 53 adam iştirak edir. Ancaq bu adların xaricə çıxartdıqları məbləğlə bağlı məlumat verilmir. Siyahıda bəzi adların vergi qaçaqçılığı etdiyindən də şübhə edilir.
Sizin Reklam Yeriniz