Kafkanın mirası və sirrləri
Movqe.Az bildirir ki, Franz Kafkanın
dəfələrlə xilas edilən mirası tam mənada macəra dolu bir səfərdən
ibarətdir. Əslində Kafka dostu və həmkarı Maks Broda, ölümündən
sonra sənədlərin heç oxunmadan yandırılmasını vəsiyyət edib. Brod,
Kafkanın bu istəyini yerinə yetirməyib. Yazıçının ölümündən sonra
qalan ən kiçik qeydlərini belə saxlayıb, hətta hamısını bir yerə
yığmaq üçün bir kampaniyaya başlayıb. Brod bu qərarını ictimaiyyətə
bildirərkən, əslində dostu Kafkanın da bunu istədiyindən əmin
olduğunu söyləyib. Kafkanın otağında atasına yazdığı məktublarla,
gündəliklərinin bir hissəsini, son dövrlərində yazdığı hekayələri
və "Çevrilmə" adlı kitabının orijinalını tapan Brod ailə üzvlərinə
və dostlarına müraciət edərək onların əlində olanları da istədiyini
bildirib. Çünki Kafka yaşadığı dövrdə yazdıqlarının əhəmiyyətli bir
qisimini hədiyyə etmişdi. Kafkanın Maks Broda hədiyyə etdiklərinin
arasında bəzi məktublarından və qaralamalarından başqa, "Kənddə
toya hazırlıq", "Hökm", "Qəsr" adlı romanlarının qaralamaları var.
Kafka sevgilisi Milena Cesenskaya yazdığı məktublarıyla birlikdə,
gündəliklərinin böyük bir qisimini və "Amerika" adlı romanının əl
yazmasını hədiyyə edib. Həyat yoldaşı, Dora Diamanta qalan isə bir
qaralama kitabı və "İnşaat" kimi hekayələrinin bir hissəsi olub.
Kafka yaxın dostu Robert Klopstoka məktublarının bəzilərini,
şəkillərini, "Josefine" romanının qaralamasını hədiyyə edib. Bütün
bunları bir yerə yığmaq istəyən Brodun hədəfi Kafkanın əsərlərini
təkrar oxuyub və yenidən yaymaqdır. 1925-ci ildən 1927-ci ilə qədər
üç romanını "Alman Die Schiemide" nəşriyyat evi, 1935-37 illər
arasında da hekayələri və gündəliklərini Berlinli yəhudi bir
kolleksiyaçı olan Salman Şoken çap edib.