Əlaqə Arxiv
news Image
2012.11.26
18:06
| A A A
Bitki olmayan yeganə çiçək
Movqe.Az bildirir ki, Təbiətin təqdim etdiyi saysız sirrli möcüzələrdən biri də buz çiçəkləridir. -12 dərəcəyə davam gətirən "Aptenia Cordifolia" növündən əlavə, təbiətdə eyni adı paylaşan və tamamilə buzdan ibarət olan çiçəklər də var. Parlaq görünüşü və soyuğa davamlılığı ilə tanınan "Aptenia Cordifolia" zərif bir çiçəkdir. Ancaq eyni adı paylaşdığı və tamamilə buzdan ibarət olan çiçəklər təbiətin ən maraqlı elementlərindən biridir. Gecə və ya səhərin yeni açılarkən ağacların üzərində görülən bu çiçəklərə, "buzdan saqqallar" da deyilir. Səbəbi, qıvrım strukturları ilə ağacların üzərində böyüyən ağ saçlara bənzəmələridir. Bu çiçəklərin (buzların) necə meydana gəldiyinə baxsaq, "io9" saytının verdiyi məlumata görə, buz çiçəklər istiliyin donma nöqtəsindən aşağı düşdüyü zamanlarda, uzun köklü bitkilərin və ya ağac qabıqlarının üzərində meydana gəlməyə başlayırlar. Qış fəslindən çox, bu çiçəkləri baharın əvvəllərində və ya payızın sonlarında görmə ehtimalı daha yüksəkdir.
Sizin Reklam Yeriniz