Əlaqə Arxiv
news Image
2012.11.28
19:00
| A A A
Pitonlar nəsli tükənmə mərhələsində
Movqe.Az bildirir ki, Pitonlar doqquz metrlik uzunluğa malik olduğu üçün dünyanın ən uzun ilanları hesab olunurlar. Əsasən, insanlara çox yaxınlaşmırlar. Görünüşləriylə qorxulu olan bu heyvanların dərisindən düzəldilən çanta və aksesuarlara marağın çox olması pitonlar üçün ölümcül bir təhlükəyə çevrilmişdir. Çünki qadınların gözəllik göstəricisi olaraq bu heyvanların dərisinə olan maraq ilan dərisi ticarətini son dövrlərin ən qazanclı sektorlarından biri halına gətirir. İndoneziyada 30 dollara satılan bir piton dərisindən çanta düzəldilib üzərinə marka vurulduqda 15 min dollara satıla bilinir. Cənub-Şərqi Asiyadan ildə 1 milyard dollar dəyərində piton dərisi ixrac edilir. Bu da yarım milyon piton deməkdir. Heyvan hüquqları müdafiəçiləri ilə mütəxəssislər, pitonların bu sürətlə ovlanmağa davam edilməsi çox qısa müddətdə nəsillərinin tükənəcəyi xəbərdarlığını ediblər.
Sizin Reklam Yeriniz