Dərmanı belə qəbul etməyin
Movqe.Az bildirir ki, Kanadada aparılan bir
araşdırmaya görə, bəzi dərmanların qreypfrut şirəsi ilə içilməsi
ölümə belə səbəb olan dərəcədə ciddi sağlamlıq problemlərinin
yaranmasına gətirib çıxara bilər. "Canadian Medical Association
Journal"da nəşr edilən bir məqaləyə görə, 85 fərqli
dərman qreypfrut şirəsi ilə qarşılıqlı təsirə girir.
Londondakı "Lawson" Sağlamlıq Araşdırmaları İnstitutundan Devid
Baileyin görə, qreypfrut şirəsi ilə içilən dərmanların yaratdığı
fəsadlar son dörd ildə 17 faizdən 43 faizə qalxıb. Bailey,
qreypfrutun içindəki bir fermentin dərmanların gücünü artıraraq
dozasının normadan çox təsir etdiyini açıqlayıb. Qreypfrut şirəsi
ilə qarlılıqlı təsirdə olan dərmanlar arasına ürək dərmanları, ağrı
kəsicilər və şizofreniyadan müalicə alanların qəbul etdiyi
dərmanlar daxildir. Qreypfrut şirəsi ilə dərman qəbul edildiyi
zaman ciddi təsirlər baş verə biləcəyindən xəbərdar olmaq lazımdır.
Bu təhlükələr arasına qastrointestinal qanamalar, böyrəklərin iflas
etməsi, nəfəs alıb-verməkdə çətinliklər və ani ölümlər daxildir.