Əlaqə Arxiv
news Image
2012.12.03
15:16
| A A A
"Facebook" indi də onu istəyir
Movqe.az xəbər verir ki, sosial şəbəkə portalı "Facebook" bu dəfə də "Whatsapp"la maraqlanır. Şirkətə yaxın mənbələr "Facebook"un "Whatsapp"ı öz nəzdində görmək istədiyini bildirib.1 milyarddan çox istifadəçisi olan "Facebook" əvvəl 1 milyard dollara "Instagram"ı alaraq mobil platformalarda gücünü artırmışdı. Lakin gündəlik 100 milyon aktiv istifadəçisi olan və demək olar ki, hər telefonda işləyən "Whatsapp" Facebook üçün daha əhəmiyyətli addım ola bilər. Xüsusilə mobil platformalarda fəaliyyətini artırmaq istəyən "Facebook" və "Whatsapp" isə iddialara hələ ki, cavab verməyib.
Sizin Reklam Yeriniz