Dünyanın ən balaca qızı
Movqe.Az xəbər verir ki, balaca Lianqın
dünyanın ən kiçik qız uşağı olduğu təxmin edilib. Anadan olduğunda
çəkisi yalnız 1.05 kiloqram ağırlığında olan Lianqın boyu isə 33
santimetr olub. Aradan keçən 3 il müddətində isə çəkisi 2,5
kiloqram artıb, boyu isə yalnız 21 santimetrə qədər uzanıb.
Çinin Huaihua şəhərində yaşayan Lianqın həkimləri, uşağın bu
vəziyyətdə olmasının səbəbini genetik mutasiyaya bağlayıb.