Bu da tabut müalicəsi!
Movqe.az xəbər verir ki, Ukraynada tabut
istehsal edən firma potensial müştərilərinin diqqətini çəkmək üçün
fərqli bir üsula müraciət edib. Firma sahibləri qeyri-adi bir
"istirahət" axtarışı içində olanlar üçün "tabut terapiyası" adını
verdikləri bir xidmət başladıb. Ukraynanın Truskavets şəhərində
tabut istehsal edən bir firma xüsusi tabutlarını satışa çıxarmaq
üçün qeyri-adi bir üsul seçib. Müştərilər işdən sonra mağazaya
gələrək seçdikləri tabutlarda dərin və gözəl bir yuxu yatırlar.
Firma sahibləri bu üsula "tabut müalicəsi" adını verib. "Huffington
Post"un xəbərinə görə bu təcrübəni yaşamaq istəyən müştərilər
istəsələr yatarkən tabutun qapağını da qaldıra bilərlər.