Belə nənə görməmisiniz
Movqe.Az bildirir ki, 60 yaşlı Enn
MakDonald, həm saçlarında saçqıran olduğu, həm də tiroit problemi
yaşadığı üçün üç il ərzində bütün saçlarını itirib. Davamlı olaraq
parik taxmaqdan bezən 3 nəvə sahibi nənə də çarəni bəyəndiyi bir
motivi başına döymə etdirməkdə tapıb. 12 saatlıq ağrılı bir işin
məhsulu olan döymənin həyatını dəyişdirdiyini söyləyən nənə, yeni
görünüşündən çox xoşbəxt olduğunu da sözlərinə əlavə edib.