Dünyanın ən yaşlı insanı vəfat etdi
Movqe.Az bildirir ki, "Guinness" rekordlar
kitabına "dünyanın ən yaşlı insanı" olaraq girən 116 yaşlı
amerikalı qadın dünyasını dəyişib. ABŞ-ın Corciyan əyalətinin
Monroe şəhərindəki qocalar evində qalan Besse Kuperin dünən
günortadan sonra öldüyünü oğlu Sidni Kuper xəbər verib. Kuper
verdiyi müsahibəsində, anasının son zamanlarda mədəsindən şikayət
etdiyini, iki gün əvvəl də nəfəs almaqdan əziyyət çəkdiyini, ancaq
bütün səylərə baxmayaraq anasını itirdiklərini bildirib. Besse
Kuperə keçən ilin yanvar ayında "dünyanın ən yaşlı insanı" adı
verilib. Kuperin vəfat etməsinin sonra "dünyanın ən yaşlı insanı"
adı Iouada yaşayan 115 yaşılı Dina Manfrediniyə keçdiyi bildirilib.