Öldürməyən avtomobil yaradılacaq
Movqe.Az bildirir ki, "Volvo" 2020-ci ildə
bazara çıxaracağı avtomobili ilə qəzalarda piyada ölüm nisbətini
sıfıra endirməyi hədəfləyir. "Volvo"nun bu iddialı modeli kaputuna
yerləşdirilən hava yastığı ilə piyada ölümünə maneə törədəcək.
"Volvo"nun beynəlxalq əlaqələr müdiri Anders Eucensson, "Bu
avtomobildə insan və digər obyektlərə toqquşmaya maneə törədən
yüksək texnologiya sensorlar olacaq. 2020-ci ildən etibarən heç kəs
"Volvo"nun vurması nəticəsində ölməməlidir." deyib. Bu
texnologiyanın hamısı ilə olmasa da, bəzi xüsusiyyətləriylə
"Volvo"nun 2013-cü ildə bazara çıxacaq "V40" modelində tanış
olacaqsız. "Volvo"nun 2014-cü ildə yenilənərək təkrar satışa
çıxacaq olan "S40" modelində də bu yüksək texnologiyada sensor
sistemi olacaq.