Körpəsi olanlar daha çox yaşayır
Movqe.az xəbər verir ki, Danimarkalı elm
adamlarının etdiyi araşdırma, uşaq sahibi olmanın xüsusilə
qadınlarda erkən ölüm riskini azalda biləcəyini müəyyən edib.
Araşdırmaya süni mayalandırma müalicəsi görən 21279 cütlük qatılıb.
11 il davam edən araşdırmada uşaq sahibi ola bilməyən qadınların,
qan dövranı xəstəliklərindən və ya xərçəngdən həyatını itirmə və ya
ani ölüm riskinin ana olan qadınlardan 4 dəfə çox olduğu təyin
edilib. Kişilərdə isə bu riskin 2 dəfə çox olduğu görülüb.