Əlaqə Arxiv
news Image
2012.12.06
18:00
| A A A
"Dünyanın ən güclü adları" açıqlandı
Movqe.Az bildirir ki, "Forbes" jurnalının təşkil etdiyi ən güclü adlar siyahısında ABŞ Prezidenti Barak Obama siyahıda keçən il olduğu kimi birinciliyi qoruyub. "Forbes"ə görə dünyanın ikinci güclü adı Almaniya kansleri Angela Merkeldir. Rusiya Prezidenti Vladimir Putin isə üçüncü sırada yer alıb. Vladimir Putin 2011-ci ildə "Forbes" siyahısında ikinci sırada yer almışdı. Putin 2010-cu ildə isə dünyanın ən güclü dördüncü adı olmuşdu.

71 adamın iştirak etdiyi siyahıda "Microsoft"un qurucusu Bill Qeyts 4-cü,  Roma Papası 16-cı Benedikt 5-ci, Çin Kommunist Partiyasının baş katibi Xi Jinpinq 9-cu, İngiltərə Baş Naziri Devid Kameron 10-cu, "Facebook"un yaradıcısı Mark Zukerberq isə 25-ci olub. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-Munun 30-cu olduğu ən güclü adlar siyahısına Venesuela prezidenti Huqo Çavez 48-ci sıranı tutub. Dünya neft ehtiyatlarının 20 faizini əlində saxlayan Səudiyyə Ərəbistan Kralı Abdullah bin Əbdüləziz əl Səud 7-ci, İran dini lideri Ayətullah Əli Xomeyni 20-ci güclü ad olaraq qiymətləndirilib.

Sizin Reklam Yeriniz