Qulağından 57 ədəd qurd çıxdı
Movqe.az xəbər verir ki, ABŞ-da yerləşən
qocalar evindən birində yaşayan Katherine Mak Kannın qulağından 57
ədəd kiçik qurd çıxarılıb. Parkinson xəstəliyi olan və danışa
bilməyən 92 yaşlı qadının yaxınları hadisəyə etiraz edib. Qocalar
evinin laqeyd və baxımsızlığı səbəbiylə bu hadisənin baş verdiyini
deyən Katherinenin yoldaşı Con məhkəməyə müraciət etməyə
hazırlaşdığını deyib. Bahalı və lüks olmasıyla bilinən 300 yataqlı
qocalar evi isə bu iddiaları qəbul etməyib. Belə ki, sözügedən
qocalar evi 2012-ci ildə 5 ulduzdan 4 ulduz almış, ən yaxşı qocalar
evləri siyahısına daxil edilmişdi.