Hamilə Keyt Midlton mətbuat qarşısına çıxıb
Movqe.az xəbər verir ki, İngiltərə
Şəhzadəsi Uilyamın həyat yoldaşı Keyt Midlton hamilə olduğu
açıqlandıqdan sonra ilk dəfə media qarşısına çıxıb. Ürək
bulanması şikayətiylə bazar ertəsi günü "King Edward VII"
xəstəxanasına müraciət edən Keyt Midlton oradan Şahzadə Uilyamla
bərabər əlində bir buket çiçəklə ayrılıb. Xəstəxanadan çıxışında
jurnalistlərə gülümsəyən Keyt Midlton yaxşı olub-olmadığı
suallarına, başını yelləyərək müsbət cavab verib. Doğulacaq uşaq,
cinsiyyəti nə olursa olsun, taxtın üçüncü varisi olacaq. Keyt
Midltonun hamiləliyi müddətində ictimaiyyət qarşısına çox çıxması
gözlənilmir. Şahzadə Uilyam isə öz işini davam etdirəcək.