Şaxta babalar işsiz qaldı
Movqe.Az xəbər verir ki, Xristian
dünyasının ən əhəmiyyətli simvollarından biri olan Şaxta babalar da
iqtisadi böhran zərbəsi yaşayırlar. Bayram əvvəli alış-veriş
mərkəzlərinin ən vacib simvollarından olan Şaxta babalar, 2008-ci
ildən bu yana işsizlik problemi ilə üzləşirlər. Şaxta babalar, "heç
olmasa bu il pul qazanarıq" ümidi ilə yaşayırdılar, amma yenə
ziyana məruz qalıblar. Hər nə qədər Amerikada Şaxta baba tələbi bir
əvvəlki ilə nisbətən 7 faiz artsa da çox yerdə onlar
görünmür. ABŞ-da hər il təxminən 700 min mövsümlük işçi statusunda
Şaxta baba var.