Əlaqə Arxiv
news Image
2012.12.12
18:00
| A A A
12.12.12 tarixi üçün erkən doğum etdilər
İndoneziyada 6 qadın uşaqlarının doğum tarixinin 12.12.12 olması üçün keysəriyyə yolu ilə erkən doğum edib. Movqe.Az bildirir ki, Bütün dünyada olduğu kimi İndoneziyada da bu gün 12 dekabr 2012-ci il çılğınlığı yaşanmaqdadır. Cütlüklər evlilik tarixlərinin 12.12.12 ola bilməsi üçün bu gün evlənib, ölkə mediası da gün, ay və il rəqəmlərinin eyni olduğu bu gün doğan uşaqların xəbərlərini yayımlayıb. Saatlar 00:00-u göstərən zaman televiziyalarda günün doğan ilk körpələrinin xəbərləri yayımlanmağa başlanıb. Bununla yanaşı, ölkədə 6 qadının uşaqlarını bu gün dünyaya gətirmək üçün keysəriyyə ilə erkən doğum etdiyi söylənilib. Bu günün tarixini digər tarixlərdən ayıran xüsusiyyət isə bundan sonrakı illərdə bu şəkildə eyni rəqəmlərdən ibarət olan tarixin min il ərzində olmamasıdır.
Sizin Reklam Yeriniz