21 dekabr fərziyyəsi "işbaz"ların sayını artırıb
Movqe.az xəbər verir ki, "21
dekabrda dünya dağılacaq" iddialarıyla insanları qorxudaraq
bizneslərini genişləndirən insanlar Rusiyada da var. Qiyamət günü
lazım olan bütün materiallar dəst halına gətirilərək
satılır. Dünyanın sonu üçün vəsait və minlərlə rubl
qarşılığında sığınacaqlar alanlar, Mariana çökəkliyində dünyanın
son günləri ilə əlaqədar yazdıqları gündəlikləri saxlama imkanı
axtaranlar ən nəzərəçarpan cəhdlər arasında yer alır. Rus xəbər
agentliyi "RİA Novosti"də verilən xəbərə görə, "Son gecə" də ən çox
gəlir götürən Moskvanın gecə klubları olacaq. 21 dekabr gecəsində
fərqli gecə klublarında eyni adlarla gecələr təşkil ediləcək.
Bundan başqa, yerin 65 metr dərinliyində, 1940-ci ildə edilmiş
"Bunker-42 'sığınağında 30 min rubl (min dollar) ödəyənlərə bir
gecə qalma haqqı veriləcək.