Üşüyən filə vodka verildi
Movqe.Az bildirir ki, Novosibirsk şəhəri
yaxınlığında filləri daşıyan tırda yanğın çıxmasından sonra, 45 və
48 yaşındakı fillərin sahibi və təlimçiləri Leonid Labo fillərinə
10 litr araq verib. Təlimçi bunun sayəsində heyvanlarını dondurucu
soyuqdan qurtarmağa çalışıb. Sonra baytarın etdiyi müayinədə
fillərin yalnız qulaq məmələrinin donduğu aydın olub. Novosibisk
Zoopark müdiri Rostislav Şilo isə, arağın filləri donmaqdan və
sətəlcəm olmaqdan qoruduğunu, heyvanların nə zərər gördüyünü nə də
sərxoş olduğunu bildirib.