Çində əcnəbilərə geniş hüquqlar verilir
Movqe.Az bildirir ki, Pekin rəhbərliyi,
"yaşıl kart" sahibi olan xaricilərə ölkədə Çin vətəndaşları kimi
təhsil, pensiya və mülkiyyət hüququna sahib olma kimi geniş
hüquqlar verir. Belə bir addımın atılmasında Çinin hüquq sistemi
üçün əhəmiyyətli olmasından əlavə, daha çox xarici maraqları ölkəyə
çəkmə arzusunun da əks olunması kimi qiymətləndirilib. Çin,
xaricilərə daimi yaşayış icazəsinin verilməsini 2004-cü ildə
başladıb, ancaq Çinlilərin sahib olduğu bu hüquqlar verilməmişdi.
Daimi yaşayış icazəsi alan xaricilər artıq öz uşaqları üçün təhsil,
məşğulluq, investisiya, ev satın alma və sağlamlıq kimi imkanlara
sahib oldular. Çində 2011-ci ilin axırında 5 min əcnəbiyə yaşıl
kart verildiyi söylənilir. Bu rəqəmin ABŞ-da 120 min, Avstraliyada
isə 100 min olduğu bildirilir. Yeni qaydalara görə yaşıl kart
sahibi xaricilərə yalnız siyasi hüquqlar verilmir. Yaşıl kart,
Çində yaşayan və Çinə faydası olan xarici mütəxəssislər,
əhəmiyyətli elm adamları və həyat yoldaşı çinli olanlara verilir.
Lakin həyat yoldaşı çinli olub müraciət edən hər əcnəbiyə yaşıl
kart verilmir. Həyat yoldaşı çinli olanlar ən az 5 il olmaqla hər
ilin ən aşağı hesabla doqquz ayını Çində keçirməli, öz hesabında
kifayət qədər pulu və işi olmalı, qeydlərdə təmiz, yaxşı biri
olmalıdır.