Əlaqə Arxiv
news Image
2012.12.18
17:20
| A A A
Min illik sirrin üstü açıldı
Movqe.Az bildirir ki, "British Medical Journal" jurnalında nəşr olunan araşdırmaya görə, III Ramzes mumiyasının CT yoxlamasında fironun boğazında ölümcül bir kəsiyə rast gəlinib. İtaliyadakı mumiyalar və Buz Adamlar İnstitutundan paleopatolog Dr.Albert Zink, III Ramzes mumiyası ilə Krallar Vadisi yaxınlığındakı bir məzarda olan və III Ramzesin oğlu şahzadə Pentavereyə aid olduğu güman edilən bir cəsədi araşdırdıqlarını söyləyib. Qahirədəki Misir muzeyində saxlanılan cəsədləri CT ilə araşdırdıqlarını və DNT testi etdiklərini söyləyən Zink, CT yoxlamasının III Ramzesin qırtlağının düz altında 7 santimetr uzunluğunda dərin bir kəsik olduğunu göstərdiyini qeyd edib. Ancaq iti bir bıçağın aça biləcəyi bu kəsiyin, qurbanın bir neçə dəqiqə içində ölümünə gətirib çıxaracağı bildirilib. III Ramzes mumiyasının daha əvvəl də araşdırıldığını, hətta rentgeninin çəkildiyini, ancaq fövqəladə hər hansı bir şeyə rast gəlmədiyini ifadə edən Dr. Zink, "CT yoxlaması, daha əvvəl kəşf edilməmiş kəsiyi ortaya çıxarmağımıza köməkçi oldu. Şahzadə Pentavereyə aid olduğu güman edilən mumiyanın boynunda da fövqəladə izlərə rast gəldik. Bu adamın asıldığını ya da boğularaq öldürüldüyünü düşünürük" deyib.
Sizin Reklam Yeriniz