Əlaqə Arxiv
news Image
2012.12.18
17:45
| A A A
Bill Klintonun həyatı ilə bağlı film çəkiləcək
Movqe.Az bildirir ki, Məşhur amerikalı rejissor Martin Skorses, keçmiş ABŞ Prezidenti Bill Klintonun həyatı haqqında sənədli film çəkəcəyini bildirib. Skorses, Klintonun beynəlxalq arenada güclü bir təsirə sahib biri olduğunu söyləyərək, bu qeyri-adi siyasətçini bütün istiqamətləriylə ekrana əks etdirmək istədiyini bildirib. Klinton isə prezidentlik dövründəki təcrübələrini paylaşmaq üçün səbirsiz olduğunu dilə gətirib. "Taxi Driver" (1976) və "Goodfellas" (1990) filmlərinin də rejissorluğunu edən Skoses, müğənni Bob Daylanın həyatından bəhs edən "No Direction Home" (2005) və "Beatles" qrupu üzvlərindən Corc Harrisonu izah edən "Corc Harrison: Materialist bir Dünyada Yaşamaq" (2011) sənədli filmləri "Emmy" mükafatına layiq görülüb. Klintonla bağlı çəkilən sənədli filmdə, 66 yaşlı keçmiş prezidentin 2 dövrlük prezidentlik həyatından əlavə sonrakı həyatı və ABŞ dövlət katibi Hillari Klinton ilə evliliyinə də yer veriləcək. 1993-2001-ci illər ərzində ABŞ-a başçılıq edən Bill Klinton, Amerika tarixinin ən maraqlı prezidentlərindən biri kimi tanınır.
Sizin Reklam Yeriniz