Şaxta babalar -36 dərəcədə rəqs edib
Movqe.az xəbər verir ki, Rusiyanın
"Kemerovo" bölgəsinə yığışan minə yaxın şaxta baba küçəyə
çıxaraq rəqs edib. Onlar mənfi 36 dərəcə soyuğa fikir vermədən rəqs
edərək yeni ili qeyd edib. "Sovetov" meydanında toplanan və "Hər
cür havada rəqs edərik" şüarı deyənlər arasında uşaqlar və
yaşlıların olması diqqət çəkib. Bundan əlavə yerli xalqdan olan
cütlüyün onlarla birlikdə rəqs etməyə başlaması böyük maraq görüb.
Rəqs nümayişinin sonunda rəqsdə iştirak edənlər ən yaxşı şaxta
babanı seçmək və isti çay içmək üçün şəhər teatrına keçib.