Can qurtaranda özləri öldü
Movqe.az xəbər verir ki, Pakistanda
Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi layihə
çərçivəsində icra edilən uşaq iflici peyvənd kampaniyası ölkədə
sağlamlıq işçilərinə istiqamətləndirilmiş hücumlar səbəbiylə
dayandırılıb. Üç gündür davam edən hücumlarda doqquz sağlamlıq
işçisinin öldürüldüyü Pakistanda Birləşmiş Millətlər Uşaqlara Kömək
Fondu UNICEF və Ümumdünya Sağlamlıq Təşkilatı uşaq iflicinə qarşı
həyata keçrdikləri peyvənd kampaniyasını dayandırdıqlarını
bildirib.
Dünən 20 dəqiqəlik müddətdə öldürülən dörd qadın sağlamlıq işçisi Taliban tərəfindən agent olmaqla günahlandırılıb. Bu gün də Peşaver şəhərində fərqli zamandlarda həyata keçirilən hücumlarda biri şofer olan dörd sağlamlıq işçisi həlak olub. Xatırladaq ki, Federal səhiyyə nazirliyi, UNICEF-in də dəstəklədiyi layihə 5,2 milyon uşağa iflic peyvəndi etməyi planlaşdırırdı.