Tanınmış aktyora vətəndaşlıq təklifi
Movqe.az xəbər verir ki, Fransız aktyor
Gerard Depardieunun Baş nazir Jan Mark Ayraulta "Pasaportunuz
sizin olsun" deyərək, Fransız vətəndaşlığını tərk edəcəyini
söyləməsindən sonra çeçen lider Ramzan Kadırov Çeçenistan
qapılarının məşhur aktyora açıq olduğunu, ona vətəndaşlıq verə
biləcəklərini söyləyib. Qədirov, Depardieu ilə şəxsən tanış
olduğunu, aktyorun oynadığı filmləri çox bəyəndiyini söyləyib.
Fransız aktyorun bu ilki Qrozniın şəhərə gəldiyini də xatırladan
Kadırov, "Onunla söhbət edib birlikdə axşam yeməyi yedik. O sözün
əsl mənasında humanist bir şəxsdir. Hansı ölkə olursa olsun heç
düşünmədən ona qapılarını açacağını düşünürəm" dedi.