Əlaqə Arxiv
news Image
2012.12.21
16:42
| A A A
Mimikalara inanmayın!
Movqe.az xəbər verir ki, ağrı, sevinc və kədər - üz ifadəsi bu cür yoğun duyğular həmin əsnada insanın xoşbəxt olub olmadığını əks etdirmir. ABŞ alimlərinin fikrincə bədənin fəaliyyəti şəxsin vəziyyəti haqqında daha çox söz deyir. Bədən dili insanların duyğularını təxmin etmək üçün ən yaxşı vasitədir. Halbuki tədqiqatçılar bu günə qədər üz əzələlərinin müsbət və mənfi duyğuları ən yaxşı şəkildə əks etdirdiyi mövzusunda həmfikirdir. "Princeton" Universiteti psixoloqlarından Hillel Aviezer və qrupu, güclü bir duyğunun təxmin edilməsində mimikanın çox şişirdildiyi, üz ifadəsinin güclü bir duyğunun rahatlaşdırıcı və ya narahat edici olduğunu belə söyləmədiyi nəticəsinə gəlib. Tədqiqatçılar 15 iştirakçıya əhəmiyyətli bir matçda qazanan və ya yenilən professional tennis oyunçularının şəkillərini göstərib. İştirakçılar, tennisçilərin yalnız üzlərini gördükləri, idmançının o anda sevindiyini və ya əsəbiləşdiyini təxmin edə bilməyib. Lakin bədənlərini üzlərilə birlikdə gördükdə daha doğru təxminlər ediblər. Burada maraqlı məqam, iştirakçıların bunu gec hiss etmələri olub. İştirakçılar proqnozlarını üz ifadələrinə görə etdiklərini düşünüblər. Nəticə: Üz əzələləri, çox güclü duyğuları açıqlaya bilmir.


Sizin Reklam Yeriniz