Sevgili tapmaq üçün toplaşdılar
Movqe.Az bildirir ki, Cənubi Koreyada
təşkil edilən "subaylar döyüşü" adlı fəaliyyətə -10 dərəcə istidə
3500-ə yaxın insan qatılıb. Əksəriyyətini kişilərin meydana
gətirdiyi izdihamda sevgili tapmaq üçün yarış baş verib. Gözlənilən
qədər qadının gəlməməsindən məyus olan kişilərin çoxu meydandan
boynu bükük ayrılıb. Təbii ki, üzlərinə taleh quşunun güldüyü
insanlar da olub. Böyük izdihamdan sevgili taparaq ayrılanlar
sevinclərini qışqıraraq göstəriblər.