Əlaqə Arxiv
news Image
2012.12.26
13:37
| A A A
Dünyanın ən uzun dəmir yolu xətti istifadəyə verilib
Movqe.Az xəbər verir ki, sürətli qatarların hərəkət edəcəyi dəmir yolu xəttinin uzunluğu 2298 kilometrdir. Çin dövləti sürətli qatarların hərəkət edəcəyi dünyanın ən uzun dəmir yolu xəttini istifadəyə verib. Paytaxt Pekinlə ölkənin cənubunda yerləşən liman şəhəri olan Quanqzhou arasındakı dəmir yolu xəttinin uzunluğu 2298 kilometrdir.
Qeyd edək ki, Pekin şəhərindən başlayaraq ilk reysini həyata keçirəcək "G801" adlı sürətli qatar, Şijiazhuanq, Zhenqzhou, Vuhan və Çanqşa şəhərlərinin də daxil olduğu 35 stansiyada dayanacaq. Maksimum sürət həddi saatda 350 kilometr olan qatar, Pekin Quanqzhou arasındakı məsafəni 8 saata qət edəcək. Yeni dəmir yolunun istifadəyə verilməsi isə 20 milyon sakinin gün ərzində qatarda istifadə etməsinə şərait yaradacaq.
Sizin Reklam Yeriniz