Əlaqə Arxiv
news Image
2012.12.26
16:01
| A A A
O iş adamı danışdı
"Polat Alemdar" üçün bir səhifə elan vermişdi Movqe.Az xəbər verir ki, "Kurtlar Vadisi Pusu" serialının son bölümündə Necati Şaşmazın oynadığı "Polat Alemdar" rolunun vurulmasına görə yerli qəzetdə "Ozan Demir" adı ilə tam bir səhifə başsağlığı elanı verib. Şanlıurfalı iş adamı bu elanın sosial mediada məşhurlaşdığını gördükdə onun zarafat olduğunu qeyd edib. Elanının bu qədər məşhurlaşdığığından təccübləndiyini deyən iş adamı özünü reklam etmək fikrində olmadığını açıqlayıb: "Əslində özümü reklam etmək fikrində olmamışam. Bu zarafat idi. Ona görə də həmin elanı başqa adla vermişəm."
Bu sezon ekranda 10-cu ilini qeyd edən "Kurtlar Vadisi Pusu" filminin son bölümündə Necati Şaşmazın oynadığı "Polat Alemdar" rolu Suriyada peşəkar tuşlayıcı tərəfindən vurulub. Ardınca onun içərisində olduğu evdə partlayış olub. "Polat Alemdar"ın ölüb ölmədiyi hələ bəlli deyil. Filmdəki polad rolunun azarkeşi olan Şanlıurfalı iş adamı Abdullah Fidan "Ozan Demir" adı ilə regional qəzetlərin birində başsağlığı verib.
Sizin Reklam Yeriniz