Əlaqə Arxiv
news Image
2012.12.26
18:02
| A A A
Rusiya da bu filmi qadağan etdi
Movqe.Az bildirir ki, Rusiya Ədliyyə Nazirliyi, İslama və Hz. Məhəmmədə (s.ə.v.) ağır təhqir ehtiva edən "Müsəlmanların Məsumluğu" adlı filmi rəsmi olaraq qadağan edib. Nazirlik, əvvəl Moskvanın Tverski Məhkəməsinin film haqqında verdiyi "radikal" qərarının qüvvəyə minməsini qərarlaşdırıb. Qadağan film siyahısına daxil edilən "Müsəlmanların Məsumluğu" ölkə daxilində heç bir şəkildə göstərilməyəcək. Sentyabr ayında Çeçenistan Prezidenti Ramzan Kadırov və Federasiya Şurasının senatoru Ruslan Qattarov da filmin əleyhinə sərt açıqlamalar verib. Senator Qattarov, " Mənə Rusiyanın əhəmiyyətli orqanları dəstək verib, birlikdə filmin qadağan edilməsini bacardıq. Bundan sonra da dini dəyərlərə qarşı belə çirkin hücumlara lazım olan mübarizəni göstərəciyik." ifadələrini söyləyib.
Sizin Reklam Yeriniz