Həbsxanada yer olmadığı üçün məhkumlar sərbəst gəzir
Movqe.az xəbər verir ki, Belçikada illərdir
həddindən çox insan olan həbsxanalarda məhkum sayında yeni
rekord olub. Belçika həbsxanalarında yer olmaması səbəbiylə
təxminən 2 min 700 təqsirkar sərbəst gəzir. Belçikadakı ümümi insan
tutumu 9 min 600 olan həbsxanalarda bu gün 11 min 855 məhkum var.
Belçikanın illərdir qanayan bir yarası olan həbsxana probleminə
Hollandiyadan icarəyə verilən hücrələr də həll ola bilməyib. Avropa
Şurası, həbsxanaların acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.
Şura, bəzi məhkumların tualet ehtiyaclarını otaqlarında olan və
yalnız iki gündə bir boşaltılan qablara etmək məcburiyyətində
qalmalarını sərt sözlərlə tənqid edib.